Meyer sözü azərbaycan dilində

Meyer

Yazılış

  • Meyer • 98.5294%
  • MEYER • 0.9804%
  • meyer • 0.4902%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Meyer
Meyer dovşanalması
Alfred Meyer
Dr. Alfred Meyer (5 oktyabr 1891, Göttingen – 11 aprel 1945) nasist zabiti idi. Avropada İkinci Dünya Müharibəsinin sonunda, ölümünə qədər Staatssekretär və Reyx işğalı altındakı Şərq regionları Nazirliyinin (Reichministerium für die Besetzten Ostgebiete və ya Ostministerium) nazir idi. Həm də toponomiyanı öyrənən bir arxeoloq idi. == Gənclik == Meyer Göttingen şəhərində bir hökumət rəsmisinin oğlu olaraq anadan olub. 1911-ci ildə Soesti bitirib Gimnaziyada oxudu. 1912-ci ildə Infanterieregiment 68 (Koblenz) ilə bir Fahnenjunker (hərbi tələbə) oldu. 1913-cü ildə zabit imtahanından keçdi. Birinci Dünya Müharibəsi dövründə iki dəfə Dəmir Xaç medalı qazandı. Qərb cəbhəsində Infanterieregiment 363 qoşununun tərkibində döyüşdü.
Con Meyer
John Clayton M. (16 oktyabr 1977, Bricport, Konnektikut) — amerikan musiqiçi. Konnektikut kökənlidir. 1997-ci ildə Atlanta şəhərinə köçdü. Burada istedadını inkişaf etdirmə fürsəti tapdı və fanat kütləsi yığdı. İlk iki studiya albomu olan Room for Squares ilə Heavier Things böyük ajiotaj yaratdı və multi-platinum statusu əldə etdi. 2003-cü ildə "Your Body Is a Wonderland" ilə ən yaxşı pop vokalist nominasiyası üzrə Qremmi mükafatına layiq görüldü. Stand-up komediya, dizayner ve yazıçılıq fəaliyyəti də Meyerin karyerasının bir parçasıdır. Başda Esquire olmaqla bəzı jurnallarda məqalələr dərc edir. Eyni zamanda, "Back to You" dərnəyinə bağlı olaraq filantropik aksiyalarda ve qlobal istiləşmə ilə mübarizə tədbirlərində iştirak edir.
Echinops meyer
Echinops meyer (lat. Echinops meyer) — mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
Lukas Meyer
Lukas Meyer (isv. Lukas Meijer; d. 21 avqust 1988, Stokholm, İsveç) — İsveç müğənnisi, rok musiqiçisi, gitaraçı və bəstəkar. O, polyak DJ Gromee ilə birlikdə "Light Me Up" mahnısı ilə Polşanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. 2013-cü ildən etibarən Lukas İsveçin No Sleep For Lucy rok qrupunda vokalist olaraq fəaliyyət göstərir. 2018-ci ildə qrupun Until the End adlı debüt albomu işıq üzü görmüşdür.
Meyer dovşanalması
Meyer dovşanalması (lat. Cotoneaster meyeri) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == 100-dən çox növü Avropa, Asiya, Şimali Afrikada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m-dək olan, kənarları bütöv yarpaqlı kollardır. Çiçəkləri xırda, ağ və ya açıq çəhrayıdır. Meyvəsi çox xırda, unlu, qırmızı və ya qara, 2-4 toxumlu almadır. == Ekologiyası == Quraqlığa davamlıdır. == Azərbaycanda yayılması == Böyük və Kiçik Qafqazda, Talışda təbii halda rast gəlinir. == İstifadəsi == Canlı hasarların tərtibatında, yamacların bərkidilməsində, meşə-bağlarda peyvənd kimi istifadə edilir.
Meyer dəvəayağı
Limonium scoparium (lat. Limonium scoparium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin plumbaqokimilər fəsiləsinin dəvəayağı cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 40-80 (100) sm olan çılpaq çoxillik bitkidir. Kökü yoğun, odunlaşmış, qısa budaqlı kaudekslidir. Bozumtul-yaşıl rəngli yarpaqlarının hamısı kökyanı, uzunluğu 6-20 (35) sm, eni 4-7 (10) sm enli elliptik və ya tərs yumurtavaridir. Çoxsaylı çiçək saplaqları süpürgəvari-budaqlıdır. Qısa sünbülcüklər şəklində yığılan çiçəkləri, cəm olaraq süpürgəvari çiçəkqrupu əmələ gətirir. Sünbülcüklər xırda, 2-4 çiçəklidir. Tacı əlvan bənövşəyidir. Avqust-oktyabr aylarında çiçəkləyir və meyvə verir.
Meyer qaramurdarçası
== Ümumi yayılması == Qafqaz, Orta Asiya (Kopetdağ), Yaxın Şərq və İranda təbii arealı vardır. == Azərbaycanda yayılması == Talış zonasında yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitkisidir.NT. == Bitdiyi yer == Dağ yamaclarında və çayların kənarlarında bitir. == Təbii ehtiyatı == Təbiətdə arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Dairəvi çətirli, 5 m-ə qədər hündürlükdə ağac və ya koldur. Yaşlı budaqları bozumtul-qonur rəngdə olur. Yarpağın hər iki tərəfi xırda tükcüklüdür. Yarpaq saplaqları yarpaq ayasından 5-8 dəfə qısadır. Yarpaqlarının uzunluğu 3,5-9 sm, eni 1,3-4,5 sm olub, nazik, üstü parlaq yaşıl, alt tərəfi daha açıq, hər iki tərəfdən çıxıntılı, uzunsov-ellipsvarı və ya oval-ellipsvarıdır. Bitki işıq və susevəndir.
Meyer qızılçətiri
Qəşəng qızılçətir (lat. Centaurium pulchellum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin qızılçətir cinsinə aid bitki növü.
Meyer yemişanı
Meyer yemişanı (lat. Crataegus meyeri) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Balkan, Kiçik Asiya, İran və Qafqazda bitir. == Botaniki təsviri == Hündürlüyü 3–4 m-ə qədər olan tikanlı ağac və ya koldur. Cavan zoğu al qırmızıdır. Yarpaqları hər iki tərəfdən tükcüklü, 5-7 bölümlüdür. Yarpaq saplağı sıx tükcüklüdür. Meyvəsi ovalşəkilli tünd qırmızıdır. İki və ya bir çəyirdəklidir. Budağlarının qabığı boz, qırmızı qonurdur.
Meyer yulğunu
Meyer yulğunu (lat. Tamarix meyeri) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin yulğun cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Хəzər dənizi ətrafında təsvir еdilib. İranda, Balkanda, Kiçik Asiyada, Qafqazda, Оrta Asiyada, Aralıq dənizi ölkələri ətrafında təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 6 m-ə çatan iri kоldur. Gövdəsinin qabığı bоz və ya qоnur-bоz rəngdədir. Birillik zоğları yaşılımtıl rənglidir. Yarpağı хətvari-lansеtvaridir. Çiçəyi 4-5 üzvlü, ləçəkləri ağ və ya çəhrayı rənglidir. Еrkəkciyi 4-6 ədəddir, çiçək tacı ilə еyni səviyyədə yеrləşir.
Adolf Bernard Meyer
Adolf Bernard Meyer (alm. Adolf Bernard Meyer‎; 11 oktyabr 1840, Hamburq – 5 fevral 1911, Berlin) — alman antropoloqu, ortinoloqu və etimoloqudur. 1870-ci illərdə İndoneziya arxipelağında mühüm işlər görmüş, səyahətini bitirdikdən sonra Drezden muzeyində direktor çalışmışdır. 1884-cü ildə Yeni Qvineyada tapılmış nadir quş növü Meyer şərəfinə "Epimachus meyeri" adlandırılmışdır. == Əsərləri == Das Hemmungsnervensystem des Herzens. Berlin 1869. Abbildungen von Vogelskeletten (1879-95) Publikationen des königlichenethnographischen Museums zu Dresden (1881-1903) Album von Philippinentypen (1885-1904) The Birds of Celebes (1885) The Distribution of Negritos (1899) Studies of the Museum (of Natural History) and kindred Institutions of New York, etc.
Julius Lotar Meyer
Karl Antonoviç Meyer
Karl Antonoviç fon Meyer (belar. Карл Антонавіч Меер, rus. Карл Антонович фон Мейер; 1 aprel 1795, Vitebsk, indiki Belorus — 24 fevral 1855, Sankt-Peterburq, Rusiya) — rus botanik-sistemçidir. == Bəzi tanınmış əsərləri == «Verzeichnis der Pflanzen, welche wahrend der 1829—1830 unternommenen Reise im Kaukasus und in Provinzen am westliehen Ufer des kaspischen Meeres gefunden und gesammelt worden sind» (1831) «Verzeichnis der im Jahre 1833 am Saisang Nor und am Irtysch gesammelten Pflanzen» (1841) «Florula provinciae Tambow» (1844) «Versuch einer Monographie der Gattung Ephedra» (1846, 8 cədvəllə) «Florula provinciae Wiatka» (1848).
Lena Meyer-Landrut
Lena Meyer-Landrut (23 may 1991) — alman müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində Almaniyanı "Satellite" mahnısı ilə təmsil etdi və bu mahnı ilə Almaniya qalib oldu. 2011 Avroviziya Mahnı Müsabiqəsində də o, Almaniyanı təmsil etdi.. == Həyatı == 1991-ci il mayın 23-də Hannoverdə doğulan Lena ailənin tək övladıdır. 5 yaşından rəqslə məşğul olub, müxtəlif teleseriallara çəkilib. Vokal təhsili yoxdur.
Meyer de Xan
Meyer İsak de Xan (nid. Meijer de Haan14 aprel 1852[…], Amsterdam – 24 oktyabr 1895[…], Amsterdam) — niderlandlı rəssam. Zəngin yəhudi sahibkar ailədə anadan olmuşdur. Şagirdləri arasında İosif Yakob İsaakson, Luis Xarts və Barux Lopes Leo de Laquna kimi məşhur rəssamlar var. Teo Van Qoq Meyeri qardaşı Vinsent ilə tanış etdikdən sonra onlar məktublaşmışdılar. Bretan şəhərində 1890–1891-ci illərdə de Xan və Qogenin yerləşdiyi dənizkənarı otel və kafenin "Buvette de la plage" sahibi olan Mari Henri ilə əlaqə qurdu. Onlar yalnız 1920-ci illərdə çap edilmiş impressionizm freskaları ilə kafeninin divarlarını çəkdi. 2010-cu ildə Orse muzeyində de Xan rəsm əsərlərinin sərgisi təşkil edildi.
Qolda Meyer
Qolda Meir (ivr. ‏גולדה מאיר‏‎; 3 may 1898[…], Ukrayna, Kiyev quberniyası, Rusiya imperiyası – 8 dekabr 1978[…], Qüds) — İsrailli müəllimə, siyasətçi, İsrailin Xarici işlər (1956–1966) və ilk Baş naziri. (1969–1974). O, İsrailin ilk və yeganə qadın hökumət başçısı, Yaxın Şərqdə ilk qadın hökumət başçısı və dünyada dördüncü seçilmiş qadın hökumət və dövlət başçısı idi. Meir həm də əmək naziri və xarici işlər naziri vəzifələrində çalışmışdır. O, İsrail siyasətinin "dəmir xanımı" kimi xarakterizə edilmişdir. O, sadəlövh və inandırıcı bir natiq kimi bir reputasiyaya sahib idi. Onun natiqlik bacarığı və ingilis dilini bilməsi onu yeni İsrail dövlətinin kritik ilk illərində son dərəcə uğurlu bir dövlət xadimi etdi. == Həyatı == Qolda Maboviç Meyer 1898-ci il dekabrın ayının 8-də Rusiya imperiyasının Kiyev şəhərində anadan olub. Atası Moşe İshaq Maboviç dülgər, anası Blyum Maboviç tibb bacısı idi.
Riçard Meyer
Riçard Meyer (12 oktyabr 1934-cü il) — ABŞ-lı memar. Fəaliyyətini hələ də davam etdirməkdədir. 1984-cü ildə Pritsker mükafatını qazanmışdır. == Həyatı == Riçard Meyer Nyu-Cersi ştatının Ntuark şəhərində doğuldu. Memarlıq təhsilini Kornell Universitetində aldı. 1959-ci ildə SOM (Skodmore, Ouings və Merrill) memarlıq firmasında qısa bir müddət çalışdıqdan sonra Marsel Breuer ilə üç il işlədi. 1963-ci ildə Nyu-Yorkda öz memarlıq ofisini açdı. Adı 1972-ci ildə "Nyu-York Quintet" qrupunun bir üzvü olduqdan və Kaliforniya ştatının Los-Anceles şəhərində inşa edilən Getti Mərkəzi ilə məşhurlaşdı. Riçard Meyerin dizaynlarının çoxunda XX əsrin ortalarından fəaliyyət göstərmiş memarların təsirləri müşahidə olunur. Riçard Meyerin dizaynlarında təsirlərini əks etdirdiyi digər memarlar arasında Miys Van der Roh, Frank Lyoyd Rayt və Luis Barraqandır (rənglərin istifadəsi istisna olmaqla).
Teodoro Meyer
Teodoro Meyer (isp. Teodore Meyer; 11 dekabr 1910 – 7 aprel 1972) — Alman əsilli Argentina botaniki. == Elmi fəaliyyəti == Teodoro Meyer toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == == Şərəfinə adlandırılmış taksonlar == Aloysia meyeri Moldenke, 1940 [syn. Aloysia gratissima (Gillies & Hook.) Tronc., 1962] Eichhornia meyeri A.G.Schulz, 1942 [syn. Eichhornia paniculata (Spreng.) Solms, 1883] Erigeron meyeri Cabrera, 1959 Şablon:Bt-latrus Gentiana meyeri Fabris, 1949 [syn. Gentianella thiosphaera (Gilg) Holub, 1967] Isoetes meyeri H.P.Fuchs, 1965, nom. nud. Juelia meyeri Sleumer, 1954 [syn. Ombrophytum subterraneum (Aspl.) B.Hansen, 1980] Nassella meyeri Torres, 1997 Salvia meyeri Legname, 1962 [syn.
Meyer astrakantası
Meyer astrakantası (lat. Astracantha meyeri) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin astrakanta cinsinə aid bitki növü. == Təbii yayılması == Kiçik Qafqaz dağlarında yayılmışdır. == Botaniki təsviri == 15-30 sm hündürlükdə, 15-25 sm diametrində çətir əmələ gətirən, yarpağını tökən xırda koldur. Budaqları 4 sm uzunluqda, 1 mm enində, darçını rəngdə, az və ya çox əyilmiş, xırda tikanlı, boz tüklərlə örtülmüşdür. Yarpaqlarının əsası enli, yumurtaşəkilli, neştərvari, qısa, ucu şiş, üzəri tüklüdür. Yarpaqları 4 (8) cüt, ağ tüklü yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqların uzunluğu 15 mm, eni 5 mm, ellipsvari olub, yuxarı hissəsi qısa tikanlıdır. Çiçəkləri yarpaqların qoltuğunda yerləşərək adətən başcığaoxşar, 3 sm uzunluğunda salxım çiçək qrupu əmələ gətirir. Çiçəkaltlıqları 6–7 mm uzunluqda, 1 mm enində, xətvari, qayığaoxşar, aşağı hissəsi çılpaq, yuxarısı keçəvari tüklüdür.
Yulius Lotar Meyer
Yulius Lotar Meyer (19 avqust 1830 – 11 aprel 1895[…], Tübingen[d]) — alman kimyaçısı, Berlin Elmlər Akademiyasının müxbir üzvü, kimyəvi elementlərin dövri sisteminin yaradıcılarından biri == Həyatı == Julius Lotar Meyer 1830-cu il avqustun 19-da Oldenburq əyalətinin Farrel adlı kiçik bir şəhərində həkim ailəsində dünyaya gəlmişdi. Sağlamlığının zəif olduğuna görə o,orta məktəbi yalnız iyirmi bir yaşında bitirmişdi. Məktəbdən sonra, atası kimi Meyer də tibbi öyrənməyə başlamış və 1854-cü ildə Vürzburq Universitetində doktorluq dərəcəsi almışdı. Daha sonra o, Heidelberq və Köniqsberq Universitetlərində və Breslau Universitetində (fəlsəfə doktoru,1858) təhsilini davam etdirmişdi. 1859-cu ildən o, Breslau Universitetində çalışmağa başlamışdı. 1866-cı ildən etibarən o, Ebesvalde Universiteti, 1876-cı ildən Karlsruedə Politexnikum və 1876-cı ildən Tübingen Universitetinin kimya professoru kimi fəaliyyət göstərmişdi. 1888-ci ildə o, Berlin Elmlər Akademiyasının müxbir üzvü seçilmişdi. == Elmi fəaliyyəti == O, Heidelberqdə R.Bunzenin laboratoriyasında işləyərək insan orqanizmində baş verən qaz mübadiləsini öyrənmişdi. "Qan qazları" və "Qazvari karbon oksidinin qana təsiri haqqında" adlı əsərlərində Meyer göstərmişdi ki, tənəffüs zamanı oksigen qanın hemoqlobini ilə birləşir; karbon oksidi hemoqlobinə çox yaxın olduğundan onun oksigenlə birləşməsinə mane olur. A.Kekule və F.Beylşteynlə elmi əlaqələr qurduğu Heidelberqdə işləməsi Meyeri kimya ilə ciddi məşğul olmaq qərarına gətirib çıxartdı.
Corc fon Lenqerke Meyer
Corc fon Lenqerke Meyer (ing. George von Lengerke Meyer; 24 iyun 1858, Boston – 9 mart 1918, Boston) – ABŞ diplomatı. ABŞ-ın İtaliya və Rusiyadakı səfiri olmuşdur. == Həyatı və karyerası == Corc fon Lenqerke Meyer 1858-ci ildə ABŞ-ın Boston şəhərində doğulmuşdur. Onun atası Ost-Hind şirkəti üçün çalışan tacir olmuşdur. 1879-cu ildə Harvard Kollecindən məzun olmuşdur. Qısa müddət bankir kimi işlədikdən sonra siyasi karyerasına başlamışdır. 1889-cu ildə Boston Şəhər Şurasına seçilmişdir. 1892–1896-cı illərdə Massaçusetts Ştatının Nümayəndələr Palatasının üzvü kimi xidmət göstərmişdir. 1900-cü ildə ABŞ-ın İtaliyadakı səfiri təyin olunmuşdur.
Accipiter meyerianus
Accipiter meyerianus (lat. Accipiter meyerianus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Aconitum meyeri
Turpabənzər kəpənəkçiçəyi (lat. Aconitum napellus) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin kəpənəkçiçək cinsinə aid bitki növü. == Sinonimləri == Aconitum alatum Wender. Aconitum amoenum Rchb. Aconitum ampliflorum Rchb. Aconitum anglicum Stapf Aconitum bavaricum Starm. Aconitum braunii Rchb. Aconitum caeruleum Dulac Aconitum canescens Schleich. ex Rchb. Aconitum clusii Rchb.
Bulbophyllum hans-meyeri
Bulbophyllum hans-meyeri (lat. Bulbophyllum hans-meyeri) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Centaurium meyeri
Qəşəng qızılçətir (lat. Centaurium pulchellum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin qızılçətir cinsinə aid bitki növü.
Dipsacus meyeri
Karxana fırçaotu (lat. Dipsacus fullonum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin fırçaotu cinsinə aid bitki növü. == Sinonimləri == Dipsacus arcimusci Lojac. Dipsacus botterii Maly ex Nyman Dipsacus carminatorius Salisb. Dipsacus connatofolius Gilib. [Invalid] Dipsacus divaricatus C.Presl Dipsacus fullonum var. sylvestris (Huds.) Huds. Dipsacus fullonum f. ternatus Farw. Dipsacus horridus Opiz Dipsacus meyeri Chabert Dipsacus mirabilis Gand.
Limonium meyeri
Limonium scoparium (lat. Limonium scoparium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin plumbaqokimilər fəsiləsinin dəvəayağı cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 40-80 (100) sm olan çılpaq çoxillik bitkidir. Kökü yoğun, odunlaşmış, qısa budaqlı kaudekslidir. Bozumtul-yaşıl rəngli yarpaqlarının hamısı kökyanı, uzunluğu 6-20 (35) sm, eni 4-7 (10) sm enli elliptik və ya tərs yumurtavaridir. Çoxsaylı çiçək saplaqları süpürgəvari-budaqlıdır. Qısa sünbülcüklər şəklində yığılan çiçəkləri, cəm olaraq süpürgəvari çiçəkqrupu əmələ gətirir. Sünbülcüklər xırda, 2-4 çiçəklidir. Tacı əlvan bənövşəyidir. Avqust-oktyabr aylarında çiçəkləyir və meyvə verir.
Meyera
Enydra (lat. Enydra) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Meyerius
Meyerius (lat. Meyerius) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinə aid heyvan cinsi.
Meyerius agrostidis
Meyerius agrostidis (lat. Meyerius agrostidis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin meyerius cinsinə aid heyvan növü.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.35 dəfə / 1 mln.
2003 •••••••••• 1.97
2004 ••••• 1.01
2005 •••••••••• 2.02
2006 ••••••••• 1.80
2007 ••••••••••••••••••• 3.81
2008 ••• 0.49
2009 ••• 0.48
2010 •••••••• 1.45
2011 ••••• 0.86
2012 ••••••••••• 2.24
2013 •••••••••••••••••••• 4.08
2014 ••• 0.51
2015 •••• 0.68
2016 ••• 0.52
2017 ••• 0.49
2018 •••••• 1.20
2019 •••• 0.70
2020 ••• 0.53

Oxşar sözlər

#meyer nədir? #meyer sözünün mənası #meyer nə deməkdir? #meyer sözünün izahı #meyer sözünün yazılışı #meyer necə yazılır? #meyer sözünün düzgün yazılışı #meyer leksik mənası #meyer sözünün sinonimi #meyer sözünün yaxın mənalı sözlər #meyer sözünün əks mənası #meyer sözünün etimologiyası #meyer sözünün orfoqrafiyası #meyer rusca #meyer inglisça #meyer fransızca #meyer sözünün istifadəsi #sözlük