Jump to ratings and reviews
Rate this book

Bir Cüt Qanad

Rate this book
Keçmişini xatırlamayan bir qız
Dünyaya enən bir mələk
Cəhənnəmdən gələn bir Günahkar
Və amansız iblis ordusu...


O, sonsuz əzaba məhkum edilmiş bir Günahkar idi. Və yalnızca verilən işi yerinə yetirdiyi təqdirdə, onu alovlar diyarından xilas edəcək bir cüt qanada sahib ola biləcəkdi. Lakin bu, Günahkarın düşündüyü qədər də asan deyildi.

275 pages, Hardcover

Published April 22, 2017

Loading interface...
Loading interface...

About the author

Murad Cəfərov

2 books34 followers

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
11 (40%)
4 stars
9 (33%)
3 stars
5 (18%)
2 stars
2 (7%)
1 star
0 (0%)
Displaying 1 - 15 of 15 reviews
Profile Image for Chinara Ahmadova.
373 reviews114 followers
July 2, 2021
Nadir tapılan fentezi janrında yazılmış Azərbaycanlı yazıçımız Muradın ilk romanı. Əsər cəhənnəmə ziyarət edən baş mələk Urielin zəncirlərə vurulmuş bir günahkarla apardığı sövdələşmə və bu sövdələşmənin nəticəsində ona bir cüt qanad bəxş edəcəyini söz verməsi ilə başlayır. Daha sonra hadisələr dünyada Qızılsaç və bu Günahkarın yollarının kəsişməsi ilə davam edir.
Ümumiyyətlə, əsərin obrazları çox gözəl yaradılmışdı, real, canlı və təsəvvürə uyğun. Kitabı mənə oxutduran ən böyük səbəb elə bu idi - həm Qızılsaçı, həm Emmanueli çox bəyəndim, dialoqları cana yaxın idi, amma mövzu Kassandra Klerin kitablarına və tipik mələk-şeytan münasibətlərindən bəhs edən filmlərə çox bənzəyirdi. Sonu da məni qane etmədi, məncə daha yaradıcı ola bilərdi. Bir neçə məna və zaman uzlaşmazlıqları var idi romanda, diqqətli oxucu onları görə bilərdi. Amma özünü oxudan bir kitab oldu və əgər fenteziyə yeni başlayırsızsa və ya 14-15 yaşlarındasınızsa, sevərək oxuyacağınıza əminəm.
Kitab haqqinda etrafli video: https://youtu.be/QjMWAyKSt0U
Profile Image for Sema.
200 reviews29 followers
September 10, 2017
Kitab haqqında ilk yorum məndən :D
Fantastik sevərlər mütləq göz atsın. Gənc yazarlardan oxuyub xəyal qırıqlığına uğratmayan tək-tük kitablardandı.
2 reviews
February 12, 2018
Bəyənərək oxuduğum maraqlı bir kitab oldu. Hər şeydən əlavə mövzu, ideya çox xoşuma gəldi və son bölüm məni kövrəltməyi bacardı :(
Profile Image for Lamiya Goycayeva.
154 reviews44 followers
March 24, 2022
Əsərin süjetini, inkişaf xəttini və obrazlarını bəyənmədim desəm, ilk mövsümünü sevə-sevə izlədiyim "Lüsifer" serialının yaradıcı heyəti haqqını mənə halal etməz. Amma kitabın böyük bir "əmması" var idi, o da dili idi: mətn əcnəbi filmlərin türk dublyajına oxşayırdı.

Yerli yazıçılar arasında bu janra müraciət edənlərin az olduğunu, əsərin debüt roman olduğunu nəzərə alsam, növbəti kitablarında müəllifin daha uğurlu olacağını gözləyirəm. Daha doğrusu, belə olacağına inanıram.
Profile Image for Nigar Makhmud.
Author 2 books33 followers
March 3, 2022
Gənc yazarların işləri həmişə maraqlı olub mənə. Kitabı oxuduqca gözümün önündə yetərincə xərc çəkilmiş və xüsusi effektlərlə zəngin film səhnələri canlanırdı. Sujet yaxşı idi. Bəyənmədiyim məqamlar: bəzi diologları bəyənmədim. Əsərin fantastik yanı yaxşı idi ama melodramikləşməyi sevmədim məsələn. Bu da mənim şəxsi “mən” lə əlaqəli olsun gərək. Amma ümumilikdə debüt roman olduğunu nəzərə alsaq yaxşı yazılmışdı.
Profile Image for Senuber.
1 review
September 21, 2017
Fantastik kitablari, esas da fantastik varliqlar arasinda melek-iblisleri cox sevdiyim ucun kitabi oxumasam, olmazdi. Duzunu desem, en cox nece yazildigini oyrenmek ucun alib oxudum ve cox xosuma geldi. Dili cox axici, rahat idi. En cox xosuma gelen obraz Emmanuel oldu, hem guclu, hem de eylenceli bir obraz idi, bezi yerlerinde meni guldurmeyi bacarmisdi. Ele yerler var idi ki ne oldugunu evelceden bilsem de, son hissede bas verenleri ec gozlemirdim. kitabda en sevdiyim yer ola biler. doyus sehneleri ela idi, oxuyarken gozumun qabaginda canlanirdi ve film izleyr kimi olurdum. Mence senaritsler, rejisorlar bunu kesf edib bir film cekmelidirler, guclu montaj isleri, effektlerden istifade olunmalidi, ancaq bunu bacarsalar ela kino alinardi, hem belke bu janrda kitablarla yanasi filmler de inisaf ederdi bizde. Final bolumunu de cox beyendim, bele sonlari sevirem :) Kitabda meni dusunduren yer iblisin dedikleri oldu - Düşün ki, ailən sonradan yetimxanadan gətirdiyi birini daha çox sevərək, səndən ona xidmət etməyini istəyir. Sən o zaman nələr yaşayardın? Nələr hiss edərdin? O ailənin əsl övladının sən olduğunu bildiyin, ən böyük və ən güclü olduğun halda , necə yad birinin qulluqçusuna çevrilə bilərdin?
Profile Image for Ay Gül.
1 review1 follower
October 16, 2017
Kitab alarkən ilk baxdığım onun mövzusudur, çünki hal-hazırda çox sayda eyni mövzulu kitablar var. İkincisi dizaynıdır, həm mövzunu əks etdirməli, həm də görən kimi özünə cəlb etməlidir. Oxuduqdan sonra isə diqqətimi çəkən hadisələr, yazı üslubu və kitabın sonudur. Əgər bir kitabın son səhifəsini oxuyub qapağını örtdükdən sonra nəsə hiss etdirirsə mənə, demək o kitabı sevmişəm. Bir cüt qanad həm mövzusu, həm dizaynı baxımından istədiyim kimi idi. Oxumağa başladıqdan sonra bundan daha artıq olduğunu gördüm, çünki yazıçının üslubunu çox bəyəndim. Girişdən etibarən sizə bir sirr verir, bir həyəcan qatır və getdikcə bunlar daha da çoxalır. Oxuyarkən məni həm güldürən, həm kədərləndirən, həm həyəcanladıran, həm də düşündürən bir kitab oldu. Hələ içində bir işgəncə səhnəsi varıydı, gəl görəsən. Son bölümləri oxuyub kitabı örtəndə mənə " kaşki davamı olsa. ikinci kitabı da yazılsa", dedirdəcək dərəcədə xoşuma gəldi. Kitab barəsində başqa rəyləri də oxumuşdum və onların kitabın sonu haqqında qeyd etdiklərini təsdiqələyirəm, çünki sonu gözlədiyimdən də yaxşı idi. İlk kitabın bu qədər uğurlu alındığı üçün Murad bəyi təbrik edirəm və növbəti kitablarını səbirsizliklə gözləyirəm.
1 review
September 12, 2017
oz dilimizde bele bir movzu ve bele bir kitab oxumagi gozlemirdim, beyendim.
Profile Image for Xan Xan.
Author 16 books55 followers
February 9, 2022
Çatışmazlıqlar var idimi? Var idi...
Amma ən önəmli məsələlərdən biri budur ki, "mənəm-mənəm" deyən bəzi "qocaman" yerli yazıçılar üçün hekayənin əvvəli, ortası, sonu 300 səhifədən az bir kitabda necə sistemləşdirilməlidir dərsliyidir bu.
Şəxsən tanıdığım və hörmət etdiyim insandır Murad.
Özü də bilir ki, söhbət "goodreads ulduzu"-dan getmir.
Mütləq yazmağa davam etməlidir, deyə düşünürəm. Amma bu dəfə "canın cəhənəmə"-lərsiz )))
1 review
September 17, 2017
bu janri sevirsizse ya da baslamaq isteyirsezse fikirlesmeden bu kitabi oxuya bilersiz. en cox sevdiyim kitablarim arasinda oz yerini alib :) hem dizayni da cox qeseng deyil?
Profile Image for Səbinə.
1 review
December 18, 2017
Belə bir əla kitab üçün sizə təşəkkür edirəm. BCQ çox sevdiyim kitablarım arasında öz yerini almağı bacardı. Davamlı olmasını və bundan belə daha maraqlı fantastik kitablar yazıb-yaratmağınızı arzu edirəm. Uğurlar :)
Profile Image for senan.
2 reviews
September 17, 2017
kitab əla idi. həm mövzu, həm də mövzunun yazılması baxımından çox xoşuma gəldi. bir neçə gənc yazardan oxumuşdum, amma içlərində ən yaxşısı bu kitab oldu.
Profile Image for Moons Bookroom.
18 reviews12 followers
June 6, 2018
əsəri sevdim👍🏻 Fantastik janrda gənc bir yazarın əsərini oxumaq çox xoşdur. əsərin sonunu və sujetini sevdim. Yazarın üz üzərində işləməsi ilə gələcəkdə daha böyük işlər görə biləcəyini hiss edirəm. uğurlar
Profile Image for Seymur Oruc.
Author 2 books14 followers
November 21, 2023
Əsəri illər əvvəl oxumuşdum. Hətta yadıma gəlir ki, tapmaq üçün bir xeyli əziyyət çəkmişdim. Hekayəsi artıq yadıma gəlmir, amma o zamanlar izlədiyim bir seriala çox bənzətmişdim. Lakin, təəssüflər olsun ki, bəyənməmişdim, həm dili, həm də sujetin və obrazların inkişafını yetərli görməmişdim.
Displaying 1 - 15 of 15 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.